Ermənilər Gorus istiqamətində Azərbaycan sərhədini pozublar?

22:40 - 12 Fevral
    12120 oxunma

Goris şəhəri yaxınlığındakı Xndzoresk kəndinin çobanı arsızcasına Azərbaycan Dövlət Sərhədini pozaraq qoyun sürüsünü bizim sərhədçilərimizin nəzarəti altındı olan əraziyə keçirərək otarmağa cəhd edib.  

Bizimxeber.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə 11 fevral tarixində, günorta saat 12 radələrində baş verib. 

Təxribatçı erməni çobanının iddiasına görə, Azərbaycan sərhədçiləri 197 qoyundan 185-i götürərək müsadirə ediblər.

Bu barədə Goris rayonu Xndzoresk kənd rəhbərliyi facebook səhifəsində xəbər verib. Məlumata əsasən, hadisədən 1 saat sonra hər iki tərəfin sərhədçiləri, 1-ci Ordu Korpusunun komandanlığı danışıqlar apardıqdan sonra qoyunlar çobana qaytarılıb.

Qeyd edək ki, Ermənistanın Gorus və Qafan bölgələrinin sərhəd ərazilərində  yerləşən kəndlərin sakinləri, örüş yerlərinin olmamasından narazıdırlar. Onlar indiyədək heyvanlarını Azərbaycan ordusunun işğaldan azad etdikləri ərazilərdə otardıqlarını gizlətmirlər. 

 

Bizimxeber.az
 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84