Ermənilər Brüsseldə yolları bağladı, iğtişaş törətdi, dağıdıldı

16:24 - 07 Oktyabr
    730 oxunma

Brüssel polisi Avropa İttifaqının Dağlıq Qarabağdakı münaqişə tərəflərinə qarşı apardığı siyasətlə razılaşmadığını nümayiş etdirmək adıyla küçələrə çıxan nümayişçilərə qarşı su şırnaqlarından istifadə edib.

Bizimxeber.az xəbər verir ki, "etirazçılar” Avrokvartalda yolun qarşısını kəsib və nəticədə onlarla su püskürdən polis maşını hadisə yerinə gəlib. İştirakçılar yolları açmaqdan imtina etdiklərinə görə hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, bir müddət əvvəl AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell bölgədə münaqişə tərəflərinin əhalisini qızışdırmaq və xarici dəstək cəlb etmək məqsədi ilə çox sayda saxta məlumat yayıldığını bildirmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84