Ermənilər Bülbülün ev muzeyini də viran qoyub - Video

13:04 - 18 Noyabr
    2780 oxunma

Hərbçilərimiz Şuşa şəhərində - Bülbülün ev muzeyində olublar.  Bizimxeber.az xəbər verir ki, yayılan  görüntülərdə muzeyin eksponatlarının məhv edildiyi, evin odun anbarı kimi istifadə edildiyi aydın görünür. Bundan əlavə Bülbülün büstü də ermənilər tərəfindən tanınmaz hala salınıb.

Qeyd edək ki,  1992-ci ilə qədər Bülbülün Şuşada yerləşən ev muzeyi  iki otaq və eyvandan ibarət idi. Bülbül həmin evdə anadan olub və uşaqlıq illərini orada keçirib. Muzeydə Bülbülün uşaqlıq illərindən bəhs edən foto-şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. 

Bülbülün ev muzeyinin əvvəlki və işğaldan sonrakı görüntülərini təqdim edirik: 

Ermənilər Bülbülün ev muzeyini də viran qoyub -  Video
Ermənilər Bülbülün ev muzeyini də viran qoyub -  Video
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84