.
.

“Erməni terroruna inad diplomat oldum” - Çavuşoğlu

13:05 - 20 İyun
    4310 oxunma


“Orta məktəbdə oxuyanda erməni terror təşkilatı diplomatlarımıza hücum edirdi, şəhid verirdik. Mən də onların inadına diplomat olmaq üçün beynəlxalq əlaqələr oxudum”. 

Bizimxeber.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri qeyd edib ki, həmin illərdə futbolla maraqlanıb: “Orta məktəb illərində yaxşı bir futbolçu idim. Ozamankı “Antalyaspor” baş məşqçisi Alanyaya gəldi və məni izlədi. Manavqatdan birini və məni seçdi. İkimizi “Antalyaspor”a aparacaqdı. Atam “get” dedi, mən diplomat olacağımı dedim və getmədim”.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84