Erməni ordusunda böyük xaos başladı: “Bircə-bircə ovlanacağıq”

11:56 - 01 Oktyabr
    845 oxunma

Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayıb. Uğurlu əməliyyatlar nəticəsində Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi, həmçinin strateji yüksəkliklər azad edilib. Hazırda cəbhə bölgəsində şiddətli döyüşlər gedir. Səhihliyi şübhə doğrumayan məlumatlardan aydın olur ki, erməni döyüşçüləri Azərbaycan Ordusunun zərbələrinə tab gətirə bilmir. 

Hətta Ermənistan rəsmiləri də bunu etiraf etmək məcburiyyətində qalıb. Elə dünən Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib ki, erməni mövqeləri təmas xətti boyunca artilleriya atəşi altındadır. 

Rəsmi İrəvanın döyüşləri dayandırmaq üçün çabaları da göstərir ki, ermənilər hərbi müstəvidə Azərbaycan qarşısında aciz duruma düşüb. Bununla belə, Paşinyan hakimiyyəti Ermənistanın “güclü ölkə” obrazını yaratmağa çalışır. Qarabağda döyüşmək üçün Suriya, Livan və digər ölkələrdən qüvvələri gətirilməsi ilə bağlı məlumatlar da əslində buna xidmət edir. Rəsmi İrəvan bununla Ermənistanın istənilən ölkədən hərbi qüvvələr transfer edib Qarabağda müharibə apara biləcəyi barədə rəy yaratmaq istəyir. 

Lakin fakt faktlığında qalır ki, istənilən halda Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək iqtidarındadır. Hətta Azərbaycan silahlı qüvvələri o dərəcədə qüdrətlidir ki, ümumi səfərbərliyə ehtiyac duyulmur. Müdafiə Nazirliyi dünən könüllü müharibəyə getmək istəyən minlərlə vətəndaşımıza təşəkkür edərək hələ ki, onların dəstəyinə ehtiyac olmadığını bildirib. 

Azərbaycan Ordusu həmçinin sübut elədi ki, ermənilərin mifləşdirdiyi “Ohanyan xətti” əslində heç də iddia edildiyi kimi keçilməz deyil. Ordumuz hələ 2016-cı ildə bu xətti yarmışdı. Bu dəfə isə döyüşlərin ilk günündə “Ohanyan xətti” darmadağın edilib. 

Bu dəfəki döyüşlərdə psixoloji üstünlük də Azərbaycan Ordusundadır. Azərbaycan hərbçiləri əzmlə döyüşdüyü halda Ermənistan silahlı qüvvələri hətta komandirlərinin əmrlərinə belə tabe olmur. Hazırda erməni döyüşçüləri arasında xaos hökm sürür.

Rusiya Araşdırmalar İnstitutunun “Twitter” hesabında yayılan məlumatda deyilir ki, erməni əsgərləri komandirlərə sərt tıpki göstərir. “Azərbaycana məxsus TB-2 dronlarının səsini eşitmir, özünü görmürük. Əgər havadan dəstək olmasa hamımız bircə-bircə ovlanacağıq”,- deyə erməni əsgərlər döyüşməkdən imtina edirlər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84