Erməni “nümayəndə heyəti” yenə Xankəndiyə gəldi
-
1960 oxunma

İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan və həmin partiyadan olan deputat Taron Simonyan Xankəndi şəhərinə gəlib. Marukyan bu barədə Feysbuk səhifəsində yazıb. Səfər zamanı onlar keçmiş və qondarma “dqr”in “təhlükəsizlik şurası”nın sədri Vitali Balasanyanla görüşüb.
Qeyd edək ki, bu, Ermənistan siyasilərinin Xankəndiyə gələrək separatçılarlar ilk görüşü deyil. Bir neçə gün öncə Ermənistan xarici işlər naziri Ara Ayvazyan da Xankəndi şəhərinə səfər etmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı xəbərdarlıq edərək rəsmi Bakının buna sərt cavab verəcəyini bəyan etmişdi. Marukyan və digər deputat rəsmi dövlət nümayəndələri olmasa da, onların Azərbaycan sərhədini pozaraq Xankəndiyə gəlməsi, burada separatizmi körükləməsi cinayətdir.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84