Erməni mətbuatı Tovuzda vurduqları Azərbaycan "UAZ"ının fotolarını dərc edib

16:20 - 13 İyul
    4385 oxunma

Erməni KİV-i Tovuzda vurduqları Azərbaycan ordusuna məxsus olduğu bildirilən "UAZ"ın fotolarını dərc edib

Bizimxeber.az Ermənistanın “Qala” teleşirkətinə istinadən xəbər verir ki, guya ötən gün  saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin UAZ markalı avtomobili  Tavuş  istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərib. Ermənistan tərəfinin xəbərdarlıq atəşi nəticəsində UAZ avtomobili vurulmuş, avtomobildəki şəxslərdən bəziləri  öldürülmüşdür. Bundan sonra Azərbaycan hərbiçiləri yaralı və meyitləri götürərək öz mövqelərinə qayıtmışlar. Saat 13:45-də isə artilleriya atəşinin müşayəti ilə ermənilərin  dayaq məntəqəsi bombardıman olunub. 

Qeyd olunur ki, Ermənistan tərəfindən 2 nəfər polis yaralanıb, canlı qüvvə itkisi yoxdur. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84