Erməni mətbuatı: “Rus sülhməramlıları 2 erməni kəndini blokadadan çıxartdı”

13:26 - 17 Dekabr
    1070 oxunma

Axşam saatlarında Rusiya sülhməramlılarının təkidi ilə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Hadrutun Böyük Şen və Köhnə Şen (Xin Şen və Mets Şen) yaşayış məntəqələrini tərk edib.

Bizimxeber.az “Armİnfo”-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyasında yayımlanan reportajda qeyd edilib.

Məlumata əsasən, Böyük Şen və Köhnə Şenə gedən yolda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri öz postlarını qurduqları üçün kəndlər 4 gündür blokadada imiş.

“Rus sülhməramlılarının vasitəçiliyi ilə ötən gecə azərbaycanlılar yolu tərk etdilər və beləliklə kəndlər mühasirədən çıxdı. Danışıqlar nəticəsində azərbaycanlılar bu ərazini tərk etməyə razı salındı. İndi kənddən 700 metr məsafədə, yaxınlıqdakı yüksəkliklərdə yerləşirlər. Erməni könüllülərindən biri Haykaram Termeyanın dediyinə görə, bu kəndlərdə həmişə əslən ermənilər yaşayıb və azərbaycanlıların burada olması üçtərəfli bəyanatın şərtlərini pozacaq. Bu torpaq sahəsini təslim etsək, Azərbaycan tərəfinin növbəti addımı Laçın dəhlizi olacaqdır” – deyə reportajda qeyd olunub.

Həmçinin qeyd olunub ki, kənddə həm qadınlar, həm də uşaqlar yaşayır. Onların təhlükəsizlik məsələsi ilə Qarabağ Müdafiə Ordusunun bölmələri və Rusiya sülhməramlı kontingenti məşğul olur. 

Kənd sakini Angin Sarkisyan ailəsi ilə birlikdə 4 il əvvəl Talış kəndindən köçdüyünü söyləyib: "Gecə yol açıldı, kənd rəhbəri bizə kömək etdi, evdə qalmağımızı, məsələ həll olunana qədər gözləməyimizi tövsiyə etdi. Uşaqları götürüb hara gedəcəyəm? Neçə dəfə oradan-buradan qaçdım. Başqa yerdə qala bilmərik - bura bizim kəndimiz, yerimizdir. Burada qalacağıq" deyə Sarkisyan bildirib.

Burada sülhməramlı olmadığı zaman azərbaycanlılar kəndə girməyə çalışdılar, yerli kişilər onlarla danışıqlar apardılar: “Biz onların yolunda dayandıq, dedik ki, bura bizim kənddir, burada qalacağıq, yaşayacağıq. Azərbaycanlı hərbiçilər kəndə girmək, orada post qurub "yerli sakinlərin təhlükəsizliyini təmin etmək" əmrinin verildiyini söylədilər. Təhlükəsizliyimizi özümüz təmin etdiyimizi söylədik" - deyə sakinlərdən biri qeyd edib.

Qeyd edək ki, erməni mətbuatında yayılan sözügedən məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyi heç bir rəsmi məlumat yaymayıb. 
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84