.
.

Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü - VİDEO

22:40 - 01 Mart
    6000 oxunma

Vətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan, daha sonra isə əsirlikdə olduğu müəyyənləşən Vəliəhəd Vəliyev bir neçə aydan sonra evinə qayıdıb. 

Bu barədə qazimizin atası Şakir Vəliyev məlumat verib.

Ötən ilin dekabrında erməni əsirliyindən xilas edilən qazimizin müalicəsi başa çatıb və o, bu gün doğulduğu Lənkərana yollanıb. Vətən müharibəsi qazisi Lənkəranda izdihamla qarşılanıb. Bundan əvvəl isə Vəliyev Vəliəhəd Bakıda Fəxri Xiyabana yollanaraq Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhədin Zəngilan uğrunda döyüşlərdə əsir düşdüyü bildirilirdi.

  •  
DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84