“Erməni əsgərləri döyüş meydanını tərk edir“ - Paşinyandan acı Etiraf

12:56 - 08 Oktyabr
    2240 oxunma

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda gedən döyüşlər barədə öz fikirlərini bölüşüb. Ermənistan KİV-ləri xəbər verir ki, o, bəzi əsgərlərin döyüş mövqelərini tərk etdiyini, orduda panika yaradan şəxslərin saxlanıldığını deyib. 

“Bir neçə gün əvvəl məlumat almışam ki, döyüş bölgəsinə gedən şəxslər əsgərlərə “Nikola güvənməyin, torpaqlar çoxdan gedib, sizi qırğına verəcəklər və mövqeləri saxlamaq mənasızdır” - deyə çağırışlar edib.

Bu sözlər, hətta hədələr nəticəsində bəzi əsgərlər mövqelərini tərk edərək geri çəkiliblər. Mənim göstərişimlə Milli Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb və əsgərlər arasında panika yaradan Xankəndi sakini saxlanılıb”. Paşinyan panikaya qapılan bir çox əsgərlərin döyüş mövqeyini tərk etdiyini söyləyib. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84