Erməni diversantın niyyəti nə olub?

14:45 - 25 Avqust
    3355 oxunma

Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgin Alberyanın Azərbaycan hərbçiləri tərəfindən əsir götürülməsi rəsmi İrəvanın narahatlığına səbəb olub. 

Hadisə avqustun 23-də baş verib. Həmin gün saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Qurgin Alberyan əsir götürülüb.

Onun üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkarlanıb. Bu, “12 iyul təxribatı”ndan Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdidir. Mahiyyət etibarilə sabotaj, diversiya və terror məqsədi daşıyan bu aktın əsas hədəfi Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçilərimiz olub. Lakin Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində bu aktın qarşısı alınıb, Ermənistan hərbçiləri itki verərək qaçmağa məcbur olublar.

Ermənistan tərəfindən yaralanan və ölənlərin olduğu barədə məlumatlar var. Lakin rəsmi İrəvan 2016-cı ildə baş verən “aprel döyüşləri” və bu ilin iyulunda Tovuz istiqmətində gedən döyüşlərdə olduğu yenə də itkilərin sayını gizlədir. Lakin sosial şəbəkələrin erməni seqmentinə, erməni mətbuatına və bu ölkənin rəsmi şəxslərinin açıqlamalarına diqqət yetirdikdə rəsmi İrəvanın narahatlıq içində olduğu aydın sezilir. Erməni tərəfi Qurgin Alberyanın dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürür. Bu bir daha saxlanılan hərbçinin onlar üçün kifayət qədər əhəmiyyətli şəxs olduğunu və onun əsir götürülməsinin narahatlığa səbəb olduğunu göstərir.

Ermənistanın ombudsmanı Arman Tatoyan isə bəyan edib ki, yayılan videolar tutulan kəşfiyyatçının hüquqlarının pozulduğunu göstərir. O, beynəlxalq qanunvericiliyə istinad etmədən və belə bir iddia irəli sürməkdən öncə, məhz Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini köbud şəkildə pozması, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə, azərbaycanlı mülki şəxslərə vəhşicəsinə işgənclər verilməsi barədə danışsaydı, obyektiv olardı.

Bu məsələ ilə bağlı maraqlı məqamlardan biri də diversiyanın Ermənistanın Müdafiə naziri David Tanoyanın “Armiya-2020” hərbi-texniki forumda iştirak etmək üçün Moskvaya səfəri zamanı baş verməsidir. Ekspertlə bunu təsadüfi saymır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84