“Erməni dəstələri Naxçıvana da təcavüz etməyə çalışacaq” – Baxçalıdan bəyanat 

14:39 - 06 Oktyabr
    6110 oxunma

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ermənistanı qatil dövlət adlandırıb. MHP sədri partiyasının toplantısında Qarabağda başlayan yeni eskalasiya barədə danışarkən belə deyib. “İrəvanın siyasi rəhbərliyi ilan başlı kukladır. Türk millətini düşmən kimi qəbul edirlər”, - deyə o bildirib.

Dövlət Baxçalı həmçinin qeyd edib ki, ATƏT tərəfindən yaradılan Minsk Qrupu münaqişənin həllini müşkülə çevirib.

“Artıq bıçaq sümüyə dirənib. Azərbaycanın işğal olunan torpaqlarını azad etmədən dayanması mümkün deyil. Qanımızla Azərbaycanın yanındayıq. Dağlıq Qarabağın azad edilməsi üçün duaçıyıq. Naxçıvan da Bakı ilə birlikdə olmalıdır. Yoxsa erməni dəstələri ora da təcavüz etməyə çalışacaqlar. Münqaişənin danışıqlar yolu ilə həlli tələdir”, - deyə partiya sədri bəyan edib.

Dövlət Baxçalı bildirib ki, problemin tək həlli yolu Ermənistan Azərbaycan ərazilərindən tamamilə çıxmalıdır. “Bəzi ölkələrin atəşkəs çağırışları yersizdir. Makronun Suriyada döyüşən 300 mücahidin bölgəyə gətirilməsi barədə yalanı şizofreniya əlamətidir”, - deyə MHP sədri vurğulayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84