Erməni deputat: Sərhəddəki əhaliyə silah paylayaq

14:38 - 18 Yanvar
    5360 oxunma


Müstəqil deputat Sergey Baqratyan sərhəd icmalarının sakinlərinə silaha sahib olmağa və onlardan istifadə etməyə imkan verən qanun layihəsi hazırlayıb. Deputat bu barədə parlamentin bugünkü iclasında danışıb. Baqratyan həmkarlarına sərhəd icmalarının sakinlərinə döyüş silahı paylamaq təklifi ilə müraciət edib.

O, artıq qanun layihəsi hazırladığını, digər parlamentarilərin təkliflərini dinləməyə və müzakirə etməyə hazır olduğunu bildirib: “Vətəndaşların müəyyən hazırlıq kursunu keçdikdən sonra özünümüdafiə rejimlərində silahdan istifadə etmələri vacibdir.

Sərhədlərlə bağlı qeyri-müəyyənlik olduğu müddətdə sərhəd bölgələrindəki insanlar stress altındadır və özlərini mühafizəsiz hiss edirlər”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84