Erməni baş redaktordan çağırış: “Qarabağa dönməyin” - VİDEO

16:41 - 24 Noyabr
    9540 oxunma

Ermənistanın “Hetq.am” saytının baş redaktoru Edik Baqdasaryan İrəvana gələn Qarabağ ermənilərinə müraciət edib. Baku TV xəbər verir ki, Baqdasaryan Qarabağda hər şeyin dəhşətli olduğunu və hələ də ermənilərin yaşayış ərazilərinin müəyyən edilmədiyini bildirib.

O deyib ki, Qarabağa geri dönməyin: “Kimin evi yoxdursa, Qarabağa geri dönməməlidir. Hadrut şəhərindən, Hadrut rayonunun kəndlərindən, Əsgəran rayonunun kəndlərindən, Şuşadan, Daşaltıdan olan ailələr var. Hər şeydən öncə onların məsələləri həll edilməlidir. Əksər kəndlərdə qaz, işıq yoxdur. Belə soyuq havada ailələri Ermənistandan göndərməyin. Avtobusları verməklə məsələ həll edilmir”.

Qeyd edək ki, Ermənistandan hər gün 30-32 avtobus ermənilərin Xankəndinə daşınması üçün ayrılır.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84