.
.

Erməni arxiyepiskopu Kəlbəcərə gəldi...

15:36 - 03 Aprel
    8920 oxunma


Erməni katolikosunun xüsusi tapşırıqlar üzrə elçisi arxiyepiskopu Parqev Martirosyan bu gün Azərbaycan torpaqlarına ayaq basıb. O öz yaxın adamları ilə Kəlbəcər rayonu ərazisində yerləşən Gəncəsər monastırına gəlib. 

Bizimxeber.az bildirir ki, bu barədə "Sputnik armenia" Martirosyanın "Facebook" səhifəsində yazdıqlarına istinadən məılumat yayıb.

Bu gün səhər bütün ermənilərin katolikosunun xüsusi tapşırıqları üzrə xüsusi elçisi, arxiyepiskop Parqev Martirosyan Erməni Apostol Kilsəsinin yepiskopu Vrtanes Abramyanla birlikdə Gəncəsər monastırına (Qandzasar) baş çəkiblər - deyə məlumatda bildirilir.

Məlumat üçün bildirək ki, ötən ilin yanvarında arxiyepiskop Parqev Martirosyan bütün ermənilərin katolikosunun xüsusi tapşırıqları üzrə xüsusi elçisi təyin edilib. Müharibə məglubiyyıtindən sonra arxiyepiskop Parqev infarkt keçirmişdir və ABŞ-a müalicəyə yollanmışdır.

Qeyd edək ki, ermənilərin Qandzasar adlandırdıqları monastrın əsl adı Gəncəsər abidəsidir.

Tarixi abidə Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşir. Abidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84