Erməni analar aksiya keçirdi: Meyitləri verin!

13:44 - 16 Oktyabr
    1100 oxunma

Ermənistanda Dağlıq Qarabağda öldürülən əsgərlərin valideynləri etiraz aksiyasına başlayıb. Aksiyaya qısa zamanda çox sayda iştirakçı qatılıb. Ermənistan Müdafiə Nazirliyinin binası önünüdə keçirilən aksiyada "Boş yerə övladlarımızı qırmayın", "Meyitlərimizi verin" kimi şüarlar səsləndirilib.

Əraziyə polis qüvvələri yeridilib. Sosial şəbəkələrin Ermənistan seqmentində yayılan məlumata görə, İrəvana giriş-çıxışlar tamamilə bağlanıb.

Qeyd edək ki, erməni ailələri artıqgünlərdir ki, sosial şəbəkələrdə övladlarının fotosunu yayaraq, itkin kimi qeydə alınan əsgərlərin tapılmasını tələb edirlər. Ermənistan MN isə meyitlərin döyüş meydanlarında qaldığını bildirərək, “anlayış göstərməyi” xahiş edib.

Xatırladaq ki, Ermənistan 8 mindən çox əsgər itirsə də, onlardan yalnız 633-nün meyitini ailəsinə verib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84