Erkin Qədirli Tahir Kərimlini susdurdu - "dedim ki, etik deyil”

15:46 - 09 Aprel
    21400 oxunma

Milli Məclisin iclasında deputatlar Tahir Kərimli ilə Erkin Qədirli arasında gərginlik yaşanıb. Bu, “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı baş verib. 

Bizimxeber.az xəbər verir ki, Erkin Qədirli çıxış edərək deyib ki, komitədə müzakirə zamanı iştirak edən üzvlər plenar iclasda qərarın əleyhinə çıxış etməsinlər. Tahir Kərimli isə buna etiraz edib: “Mən bunu kimdən gözləsəydim də, Erkin Qədirlidən gözləməzdim. Kiminsə danışmağını məhdudlaşdırmaq olmaz. Təzə deputatlar var, başqa cür başa düşərlər”. 

Erkin Qədirli deyib ki, bununla bağlı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ilə görüşərək müzakirə aparıb: “Buna görə Əli Hüseynliyə də təşəkkürümü bildirirəm. Müzakirə aparıldı, amma sonda hərə öz fikrində qaldı. Hörmətli Tahir müəllim, mən demədim ki, qanunauyğun deyil, dedim ki, etik deyil”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84