.
.

Ərdoğanı diktator adlandıran İtaliya hökümət başçısına cavab

01:29 - 09 Aprel
    12080 oxunma

Türkiyə Xarici İşlər Nazirliyi İtaliyanın baş naziri Mario Draginin Ərdoğanla bağlı verdiyi açıqlamalar səbəbindən İtaliyanın Ankaradakı səfirini XİN-ə çağırıb.

Bizimxeber.az xarici mətbuata istinadən bildirir ki, bu gün "kreslo insident"i fonunda Dragi Ərdoğanı diktator adlandırıb. 

İtaliyanın baş naziri eyni zamanda, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenə qarşı olanları "Ərdoğanın uyğunsuz davranışını paylaşmaıram" deyərək sərt münasibət sərgiləyib. 

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Draginin Türkiyə prezidenti ilə bağlı açıqlamalarını qəbuledilməz populist ritorika adlandırıb. "İtaliya baş nazirinin Ərdoğan haqqında dediyi qəbuledilməz ifadələrdən sonra, İtaliyanın Ankaradakı səfiri bu gecə nazirliyə çağrıldı" deyə Türkiyə XİN-in məlumatda qeyd olunub.

Səfirə etiraz məktubu təqdim edilib.

Səfirə həmçinin AB və Aİ başçılarının Türkiyəyə səfəri ilə bağlı verilən açıqlamaların protokolları barədə bilmədən fikir bildirməyin qəbuledilməz olduğu anladılıb.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84