Ərdoğandan Türkiyəyə mane olmaq istəyənlərə xəbərdarlıq 

18:20 - 26 Avqust
    2665 oxunma

Türkiyə Aralıq, Egey və Qara dənizdə haqqı olanı alacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird zəfərinin 949-cu ildönümü ilə bağlı çıxışında deyib.

“Türkiyə artıq səbri sınanacaq bir ölkə deyil. Bunu hər kəs görəcək. Edərik deyiriksə, edərik. Egeydəki saxta hegemonluqları qəbiristanlıqda fit çalma psixologiyasının təzahüründən başqa bir şey deyil. Türkiyənin heç kəsin torpağında gözü yoxdur.

Özümüzə aid olanı da heç vaxt güzəştə getməyəcəyik. Bunun üçün siyasi, iqtisadi, hərbi cəhətdən nə lazımdırsa, etməyə hazırıq. Biz bu torpaqların əsl sahibləriyik. Qarşı tərəfdəki həmkarlarımızı düzgün yola dəvət edirik. Məhv olmalarına yol açacaq səhvlərdən uzaq dursunlar”, - deyə Ərdoğan vurğulayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84