Ərdoğan Trampa məktub göndərdi  

11:43 - 29 Aprel
    615 oxunma

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa Türkiyənin ABŞ-a tibbi ləvazimat yardımı ilə birlikdə məktub göndərib. 

Bizimxeber.az “Hürriyət”ə istinadən xəbər verir ki, Ərdoğan məktubunda ABŞ-a dəstəyini ifadə edib. 

“Cənab Prezident, əziz dost, bilirsiniz ki, dünya miqyasında böhran yaratmış COVID-19 pandemiyasına qarşı sizinlə apardığımız əməkdaşlığa böyük əhəmiyyət verirəm. Birgə səylərimizlə COVID-19-u məğlub edəcəyimizə və bu böhranla mübarizədən əldə etdiyimiz dərslər və inkişaf etdirdiyimiz yeni imkanlarla səhiyyə sahəsində irəliləyəcəyimizə inanıram.

Bu müddətdə əmin ola bilərsiniz ki, Türkiyə həm epidemiya ilə mübarizədə, həm də normallaşma prosesində tələb olunan əsas ehtiyacları ödəməkdə ABŞ-ın etibarlı və güclü tərəfdaşı kimi hər cür həmrəyliyi nümayiş etdirməyə davam edəcəkdir”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84