Ərdoğan Suriyada yeni hərbi əməliyyatın anonsunu verdi

14:09 - 28 Oktyabr
    2870 oxunma

Türkiyə Prezidenti Tayyib Ərdoğan ölkədəki terror təşkilatlarının Türkiyə sərhədlərindən uzaqlaşmaması halında ölkəsinin Suriyada yeni bir əməliyyat keçirilməsinin mümkünlüyünü nəzərdən keçirdiyini deyib.

Ərdoğan həmçinin ABŞ-ın Suriya-İraq sərhədi boyunca yeni bir müharibə bölgəsi yaratmağa çalışdığını da söyləyib. Hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında danışan Ərdoğan Türk hərbi qüvvələrinin "Suriyanı bütün terror təşkilatlarından təmizləməyə" qadir olduqlarını dilə gətirib.

Qeyd edək ki, 2016-cı ildən 2019-cu ilə qədər Türkiyə Suriyada üç hərbi əməliyyat keçirib. Bunlardan birincisi "Fərat qalxanı", ikincisi "Zeytun dalı", üçüncüsü isə "Barış pınarı" adlandırılıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84