Ərdoğan NATO rəhbəri ilə Dağlıq Qarabağı müzakirə edib

08:22 - 06 Oktyabr
    865 oxunma

NATO müttəfiqləri Türkiyə ilə möhkəm həmrəylik nümayiş etdirməlidirlər. Bizimxeber.az bildirir ki, “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO Baş katibi Yens Stoltenberq ilə görüşündə bildirib.

Tərəflər Şərqi Aralıq dənizi, Suriya və Liviyadakı vəziyyətlə bağlı regional problemləri müzakirə ediblər.

Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti şərh edən Prezident Ərdoğan xatırladıb ki, BMT TŞ və ATƏT-in qətnamələri Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərini dərhal, tam və ilkin şərt olmadan tərk etməyə çağırır.

Prezident Ərdoğan, həmçinin Şərqi Aralıq dənizi regionunda Türkiyə və Yunanıstan hərbçiləri arasında baş verən insidentlərin qarşısının alınması və riskin azaldılması üçün NATO-nun Ankara təşəbbüsünü dəstəklədiyini bildirib.

Türkiyəli lider bildirib ki, NATO-nun bəzi üzvlərinin PKK/PYD/YPG terrorçuları ilə əməkdaşlığı və onların FETÖ terror təşkilatına himayədarlıq etmələri alyans çərçivəsində müttəfiq həmrəyliyə xələl gətirir.

Dövlət başçısı qeyd edib ki, Türkiyə “bütün regionun və Avropanın təhlükəsizliyi naminə miqrasiya böhranı ilə təkbaşına mübarizə aparır”. Prezident Ərdoğan əlavə edib ki, Türkiyə NATO-nun qətiyyətli mövqe tutan və Liviyada güc balansının bərpası prosesinə kömək edən yeganə üzvüdür. Türkiyə tərəfindən görüşdə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar və Türkiyənin NATO yanında daimi nümayəndəsi Basat Öztürk iştirak edirdilər.

NATO nümayəndə heyətində NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə müavini səfir Bettina Kadenbax, NATO-nun mətbuat katibi Oana Lunqesku və NATO Baş katibinin Kabinetinin direktor müavini Benjamin Norman yer alıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84