.
.

Ərdoğan Konstitusiya dəyişikliyini vacib sayır

16:11 - 24 Mart
    8040 oxunma

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında Konstitusiyaya ediləcək dəyişikliklərdən söz açıb. 

“Anadolu” agentliyinin məlumatına əsasən, Türkiyə lideri söyləyib ki, hazırkı Konstitusiya öz aktuallığını itirib. “Türkiyənin yeni və sivil Konstitusiyanı müzakirəyə çıxarması dəyişən şərtlərin qaçılmaz diktəsidir”, - deyə R.T.Ərdoğan söyləyib.

Türkiyə prezidenti qeyd edib ki, mümkün konsensusla ərsəyə gələcək yeni Konstitusiyanın mətni mütləq xalqın təsdiqi üçün təqdim ediləcək.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84