Ərdoğan da Co Baydeni təbrik etdi

00:23 - 11 Noyabr
    1770 oxunma

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın yeni seçilən prezidenti Co Baydenə təbrik məktubu göndərib. Bizimxeber.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Prezident köməkçisi olduğunuz dövrdə bir neçə dəfə görüşmüşük. Türkiyə-ABŞ münasibətləri yaxşı qurulmuş bazaya əsaslanaraq strateji xarakter daşıyır. Bu gün qlobal və regional səviyyədə qarşılaşdığımız çətinliklər, ümumi maraqlara və dəyərlərə söykənərək əlaqələrimizi daha da inkişaf etdirib, gücləndirməyimizi tələb edir.

Qarşıdakı dövrdə də bu istiqamətdə ABŞ rəhbərliyi ilə sıx əməkdaşlıq etməyi düşünürük və ölkələrimiz arasında güclü əməkdaşlıq və müttəfiqlik bağlarının gələcəkdə də davam edəcəyinə inanıram. Prezident seçildiyiniz üçün təbrik edirəm, ABŞ xalqının xoş rifahı üçün ən səmimi arzularımı çatdırıram”, - deyə məktubda bildirilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84