. .

Ərdoğan Baydenə Qarabağla cavab verdi - VİDEO

23:40 - 26 Aprel
    7604 oxunma

"30 il əvvəl işğal olunmuş Qarabağ və Azərbaycan şəhərlərində edilənlər göz önündədir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra keçirilən mətbuat konfransı zamanı bildirib.

"Hörmətli Bayden, Minsk Qrupu deyilən bir üçlük quruldu. 30 il ərzində bu işğala son qoymadınız. Təəssüf ki, oradakı insanlar, bir milyondan çox azərbaycanlı qardaşlarımız doğma yurdlarından köç etmək məcburiyyətində qaldılar. Bütün o yerlər, o Qarabağ, bütün binalar, hər şey təəssüf ki, yandırıldı, məhv edildi.

Soyqırımı deyirsinizsə, güzgüyə baxmalı və özünüzü qiymətləndirməlisiniz. Hinduları deməyimə ehtiyac yoxdur. Bütün bunlar ortada ikən ayağa qalxaraq Türkiyəyə və türk millətinə soyqırımı damğası vura bilməzsiniz.

Baxın, burada on minlərlə dinc sakin qırılarkən, 1.5 milyon azərbaycanlı qardaşımız evlərini tərk etmək məcburiyyətində qaldı”, - deyə Ərdoğan bildirib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84