Ərdoğan Bakıda - YENİLƏNİB + VİDEO

16:55 - 09 Dekabr
    1730 oxunma

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb. Ərdoğanın olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. 

15:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özəl təyyarə ilə yerli vaxtla 13:50-də (Bakı vaxtı ilə 14:50-də) Azərbaycana yola düşüb. “Anadolu” agentliyi xəbər verir ki, Ərdoğanı Esenboğa aeroportundan Prezidentin köməkçisi Fuad Oktay, Ankara valisi Vasip Şahin və Ankara Böyükşəhər bələdiyyəsinin sədri Mansur Yavaş yola salıb. 

Bu səfərdə Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik, AKP-nin baş katibinin müavini Mahir Ünal, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və Türkiyənin rabitə naziri Fahrettin Altun müşayiət edir.

Bizimxeber.az

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84