Ənənəvi dərslər 15 gün müddətinə açılır? - AÇIQLAMA
-
7640 oxunma
SİZİN REKLAM YERİNİZ - ok

Təhsil Nazirliyi sosial şəbəkələrdə ənənəvi dərslərin 15 günlük açılması barədə yayılan xəbərlərə aydınlıq gətirib. Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, dərslərin başlamasının koronavirusa yoluxmada artıma səbəb olub-olmadığı barədə məlumat 14 gündən sonra məlum olacaq: “Fevralın 1-də tədrisin bərpası ilə bağlı şəhərdaxili hərəkətlilik artacaq. Əgər 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa, V-IX siniflər üçün tədrisin bərpası ləngiyəcək”.
O əlavə edib ki, COVID-19-a yoluxma kritik həddə olmasa, məktəblərdə dərslərin bərpası prosesini davam edəcəyik.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84