Əmrah Fəqanoğlunun vəziyyəti ağırlaşıb

15:38 - 22 İyul
    2340 oxunma

Koronavirusa yoluxmuş jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağırlaşıb. Bu barədə məlumatı onun dostları sosial şəbəkədə paylaşıb.  Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov da bildirib ki, hazırda jurnalistin vəziyyəti pisləşib: “Həkimlər koronavirusdan müalicə aldığı tibb müəssisəsində vəziyyətinin normallaşması üçün əllərindən gələni edirlər. Bu bayram günündə biz jurnalistlər üçün ən böyük hədiyyə Əmrahın durumunun ən yüksək səviyyədə nəzarətə götürülməsi olardı”.

***

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya bildirib ki, jurnalistin müalicəsi hazırda “Yeni Klinika”da davam etdirilir: “Xəstə süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir”.

Qeyd edək ki, əvvəl Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olan Əmrah Fəqanoğlu hazırda İctimai televiziyanın Xəbərlər departamentində işləyir. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84