Əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası dəyişir

11:53 - 11 Dekabr
    2360 oxunma

!-- Xeberin ortasında video/Inpage/ -->

Əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası dəyişir. Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əskini tapıb.

Qanun layihəsinə əsasən, Mülki Məcəllənin 950.1-ci maddəsində Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli (50) faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılması üzrə subsidiar məsuliyyət haqqında müddəanın çıxarılması təklif olunur. 

Qeyd edək ki, hazırda bank əmanətləri “Əmanətlərin sığortalanması haqqında” qanun əsasında yaradılmış əmanətlərin sığortalanması sistemi vasitəsilə icbari qaydada sığortalanır və bankların defolt halında Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunur.

Məlum olduğu kimi, Mülki Məcəllə 2000-ci ildən qüvvəyə minib və qanunvericilikdə əmanətlərin icbari sığortalanmasına dair tələb müəyyən edildikdən sonra nəzarət zərfi dövlətə məxsus banklar üzrə Azərbaycan dövlətinin subsidiar məsuliyyəti aradan qaldırılmayıb.

Öhdəliklər üzrə subsidiar məsuliyyət müəyyən edən Mülki Məcəllənin 453-cü maddəsinə əsasən, əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84