"Elman Rüstəmov 1 həftə demişdi, pulumuzu niyə vermirlər?" - AKSİYA

17:31 - 07 Avqust
    8550 oxunma

Lisenziyaları ləğv edilən "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin əmanətçiləri bu gün yenidən Mərkəzi Bank önündə yığışaraq aksiya keçiriblər.  Aksiyaya səbəb bağlanan bankların vaxtilə qanunsuz qəbul etdiyi əmanətlərin bloklanması və həmin əmanətlərə görə hələ də əmanətçilərə kompensasiyanın ödənilməməsidir. 

Əmanətçilər qeyd edir ki, Mərkəzi Bank sədri ötən günlərdə etdiyi açıqlamada Konstitusiya Məhkəməsinin bir həftə ərzində qərar qəbul edəcəyini bildirmişdi, lakin qərar hələ də verilməyib. Etirazçılar bildirir ki, onlar Mərkəzi Bankın nəzarətinə güvənərək həmin banklara pul yatırıblar. 

Mərkəzi Bank sədrinin müavini Alim Quliyev etirazçılar önündə çıxış edərək bildirib ki, son görüşdən cəmi 4 gün keçib, qərarın yaxın günlərdə Konstitusiya Məhkəməsi tərəfindən veriləcəyini bildirib. Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Konstitusiya Məhkəməsində iclas keçirilib, lakin qərar hələ qəbul olunmayıb.

  •  

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84