. .

Elman Nəsirov Hüseynbala Mirələmovu müdafiə etdi

16:37 - 22 Aprel
    6708 oxunma

Milli Məclisin deputatı Elman Nəsirov hakim Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı ötən gün sosial şəbəkələrdə yayılan qeyri-etik videogörüntüsünü şərh edib.

Bizimxeber.az-ın məlumatına görə, Elman Nəsirov jurnalistlərə verdiyi açıqlamasında deyib: "Əgər sübut edilsə ki, bu video montaj deyil, o zaman mən bu hərəkəti çox neqativ qarşılayacam. Hesab edəcəm ki, bu cür hərəkətlər ümumiyyətlə qəbuledilməzdir. Amma dünyada hər şey ola bilər.

Birdən bu görüntü təsdiqini tapmasa, məlum olsa ki, bu təxribatdır, bəs o zaman necə olacaq? O zaman "sözümüzü geri götürürük" deməliyik? İndiki zamanda hələ görüntülər o demək deyil ki, Hüseynbala Mirələmov günahkardır.

Bu gün azyaşlı uşaq telefon ilə mülkü bir şəxsin fotosunu montaj edərək, ona ABŞ polisinin formasını geyindirir, əlinə də silah verir. İndi dünya o qədər inkişaf edib ki, hər şeyi etmək mümkündür. Ona görə də hesab edirəm ki, Hüseynbala Mirələmovla bağlı görüntü real təsdiqini taparsa, o zaman bu hərəkətlərə qiymət vermək olar".

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84