. .

Əli Laricani də prezidenti olmaq istəyir

17:21 - 15 May
    861 oxunma


İran İslam Şurası Məclisinin (parlamentin) keçmiş sədri, İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin müşaviri Əli Laricani prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.

Seçki qərargahının rəsmi nümayəndəsi İsmayıl Müsəvi mayın 11-dən bu günə kimi 304 namizədin qeydiyyatdan keçdiyini söyləyib.

İran qanunlarına əsasən bütün namizədlərin qeydə alınmasına baxmayaraq, onlar Konstitusiyanın Mühafizə Şurası tərəfindən də nəzərdən keçiriləcək və böyük ehtimalla bir çox namizədlər çıxdaş olaraq seçkiyə buraxılmayacaq.

Nəzərə çatdıraq ki, keçmiş Prezident Mahmud Əhmədinejadın da namizədliyi qeydə alınıb. İranda 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84