Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama

11:19 - 03 Sentyabr
    1445 oxunma

“Ramiz Mehdiyev bu gün Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, eyni zamanda şər-böhtan yayan mühacir mətbuatla birlikdə Azərbaycana qarşı Əli İnsanovla bərabərdir. Əslində artıq sübut olunmaqdadır ki, uzun illər o, Əli Kərimli və onun ətrafı ilə ciddi əməkdaşlıq edib”.

Bizimxeber.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O, bildirib ki, faktiki olaraq, Əli Kərimli 2003-cü ildən, yəni İlham Əliyevin prezident seçilməsindən sonra birbaşa Ramiz Mehdiyevin çətiri altına keçib. 

“Diqqət edin, 2003-cü ilə qədər o, birbaşa Ramiz Mehdiyevin nəzarətində onun tapşırıqlarını yerinə yetirdiyi vəziyyətdə idi. Amma həmin ildən sonra tamam başqa bir fəaliyyət növü seçdi və tədricən radikal müxalifət mövqeyinə transfer olundu. 

Halbuki Əli Kərimli parlamentdə təmsil olunduğu dövrdə bu cür deyildi. Düşünülmüş şəkildə Kərimlini radikallığa sürükləyən və buna nail olan Ramiz Mehdiyev onunla İlham Əliyev iqtidarını düşmən etdi. Həm vermiş olduğu təlimatlarla, həm də çox məkrli, hiyləgər bir metodla onu və ətrafını dövlətçiliyimizə qarşı barışmaz mövqedə qərarlaşdıra bildi. Beləliklə, özünün məhz bu gün nəzərdə tutduğu ”B planı"nda bərabər olduqları üçün illərdən bəri yaratmış olduğu zəminin “bəhrələrini” görməkdədir. 

Təsadüfi deyil ki, Əli Kərimli və onun dəstəsi böyük həvəslə Ramiz Mehdiyevi müdafiə edir, vəkillik funksiyasını yerinə yetirirlər”.

Deputat AMEA rəhbərinin müttəfiq axtarışında olduğunu da söyləyib: “Bu gün artıq Ramiz Mehdiyev Əli Kərimli və onun ətrafındakı Milli Şurada özü üçün müttəfiq tapmaqdadır. Eyni zamanda artıq neçə vaxtdır ki, Əli İnsanovla bərabərdir. Sadəcə olaraq, indi düşünülmüş şəkildə belə görüntü yaradılır ki, guya onlar bir yerdə deyillər. Amma bu belədir. Sadəcə olaraq, onların bir yerdə şəkil çəkdirib cəmiyyətə fərqli deyil, eyni mövqedən yanaşan bəyanatlarla çıxış etmələri çox da uzaqda deyil.

Beləliklə, Ramiz Mehdiyevin yeni müstəvidə yetişdirdiyi və bu günə qədər müttəfiqlik etdiyi insanlarla, eyni zamanda Əli İnsanovla birlikdə dövlətçiliyimizə qarşı mübarizəsi göz önündədir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84