Əli İnsanov Ramiz Mehdiyevlə birləşməsindən danışdı

18:13 - 08 Sentyabr
    3760 oxunma

Sabiq Səhiyyə naziri Əli İnsanov son günlər Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevlə bağlı son olaylara aydınlıq gətitib.

Bizimxeber.az bildirir ki, "Azadlıq Radiosu"na açıqlama verən Əli İnsanov bildirib ki, indi bəziləri mənim Ramiz Mehdiyevlə birləşməyimlə bağlı müxtəif məlumatlar yayılır: "Bildirmək istəyirəm ki, bu qeyri-mümkündür. Mən Ramiz Mehdiyevə bir insan kimi, keçmiş əməkdaş kimi hörmət edə bilərəm. Amma mən onunla bir yerdə ola bilmərəm. Bunun sadə izahatı var. 

Biz siyasətin müxtəlif qütblərindəyik. Ramiz Mehdiyev qonşumuz Rusiya ilə sıx əməkdaşlıqda, dostluq münasibətlərdə idi. Əli İnsanov isə konkret partiyasının nizamnamsində məqsəd və məramını açıq göstərib - avroatlantik məkana inteqrasiya. Bu birləşmə mümkün deyil. Amma mənə maraqlı qalan budur ki, bu gün Rusiya niyə Ramiz Mehdiyevə dəstək vermir. Mən bu barədə maraqlanıram. Bizim Ramiz Mehdiyevlə siyasi əməkdaşlığımız ola bilməz".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84