Əli Həsənovun yerinə sabiq səfir təyin edildi

10:39 - 19 Noyabr
    1740 oxunma

Prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib.

Bizimxeber.az-ın MediaPost-a istinadən məlumatına görə, Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına Namiq Həsən oğlu Əliyev təyin olunub. 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasından xəbəri saytımıza təsdiq ediblər. Qeyd edək ki, hüquq elmləri doktoru, professor Namiq Əliyev Gürcüstan və Moldovada sabiq fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb.  

Bizimxeber.az
 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84