Əli Həsənovun ABŞ-a köçən oğlu 3 ildir Dubaydan daşınmaz əmlak alır? - FOTOFAKT

17:31 - 15 Fevral
    12320 oxunma


Loading...

Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Birləşmiş Ərəb Əmirliklərtinin Dubay şəhərində fəaliyyət göstərən tanınmış daşınmaz əmlak şirkətlərindən biri olan "Provident”lə 3 ildir əməkdaşlıq etdiyini yazıb.

Bizimxeber.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Şamxal Həsənli bu barədə məşhur "Trustpilot” portalında yazıb. Qeyd edək ki, "Trustpilot” portalı məşhur şirkətlərin tanıtım platformasıdır. Bu platformada qeydiyyatdan keçən şəxslər şirkətləri haqqında məlumat ala bilər və öz rəylərtini paylaşa bilərlər. 

"Trustpilot” portalında qeydiyyatdan keçən Şamxal Həsənli qeydiyyat yeri olaraq ABŞ-ı göstərib və "Provident” şirkətilə bağlı rəy yazıb. Şamxal Həsənli qeyd edib ki, o artıq 3 ilə yaxındır "Provident” şirkətinin rəhbəri  Hend Kərəm ilə yaxından tanışdır. Əli Həsənovun oğlu yazır ki, bəzi  əməliyyatlarda onunla birgə çalışıb. Şamxal Həsənli daşınmaz əmlak sektoruna investisiya qoymaq istəyənlərə məsləhət görür ki, mütləq Hend Kərəm ilə əməkdaşlıq etsinlər. 

"Provident” şirkəti isə öz növbəsində Şamxal Həsənliyə yazdığı rəyə görə təşəkkür edib və gələcəkdə də birlikdə çalışacaqlarına ümid etdiklərini qeyd ediblər.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84