“Əli Həsənov, evini yıxmadığın adam qalmayıb”

12:08 - 23 İyun
    615 oxunma

Telejurnalist Etibar Hüseynov Prezident Administrasiyasının ləğv edilmiş sabiq şöbə müdiri Əli Həsənovu tənqid edən fikirlər səsləndirib.

Bizimxeber,az sabiq deputatın həmin fikirlərini təqdim edir: "Ulu Öndərin hansı arxiv fotosuna baxırsan: yanında Vasiflə, Bəylər müəllimi görürsən. Özünü Heydər və İlham Əliyevin ən sədaqətli əsgəri adlandıran Əli Həsənov! Bəs sən hardasan?

O vaxtlar kimin yanındaydın?

Kimlərlə foto çəkdirirdin?
Heydər Əliyevlə ilk fotonun tarixi nə vaxta təsadüf edir?

Bəlkə yayımlayasan, baxaq. Bu gün paylaşdığın statusda qeyd edirsən ki, "bəzi saytlar sənə böhtan atır"; halbuki yazılanlar tam həqiqətdir. Trolların 100 müdafiə etsə də xeyri yoxdur. Özün bu ölkədə haqqında şər-böhtan yazıb ləkələmədiyin, evini yıxmadığın adam qalmayıb. Odur ki, "qaşığına çıxandan" niyə təəccüblənirsən ki? Sitatın Sonu".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84