Əli Həsənov danışdı: "Mən oktyabr ayının 1-dən Bakıdayam"
-
7120 oxunma

Ölkə mətbuatında prezidentin sabiq köməkçisi Əli Həsənovun tutularaq Azərbaycana gətirilməsi ilə bağlı məlumat yayılıb.
Bu gün Əli Həsənov yayılan məlumata münasibət bildirib: "Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda - bizim.media az, bakupost az, publika az, axar az, demokrat az, yenisabah az və “çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar.
Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yadadıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar".
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84