Eldar Namazov sahibkarlıq fəaliyyətinə başlayıb - AMİNA INCORPORATED LTD

11:35 - 23 İyul
    3590 oxunma

Politoloq Eldar Namazov aktiv siyasi fəaliyyətə ara verdiyi illərdə sahibkarlıq fəaliyyətinə başlayıb. Bunu Avropda yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli yazıb. Onun bildirdiyi məlumta görə, Eldar Namazov 2016-cı ilin avqustunda Batumidə AMİNA INCORPORATED LTD-ni qeydiyyatdan keçirib: 

"Sənədlərdə qeyd olunur ki, şirkətin hüququ ünvanı Batumi, Apsaros III zolaq, ev 1, mənzil 5-dədir. Şirkətin 50 faiz pay hüququ politoloqa, 50 faizi pay hüququ isə Lalə Əlibəyliyə aiddir.

Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində yer alan məlumatlara görə, şirkət qida sektorunda (heyvan yemlərinin istehsalı, emalı, topdan və pərakəndə satışı) fəaliyyət göstərir".

Qeyd edək ki, Eldar Namazov "Azərbaycan Naminə” İctimai Forumunun prezidentidir. O, 1993-1999 - Azərbaycan Respublikası prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) vəzifəsində çalışıb.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84