.
.

Eldar Həsənovun qudası məhkəməyə verildi

14:09 - 01 Aprel
    4600 oxunma


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi "Bakı şərab-2” ASC-ni məhkəməyə verib. HİT.Az xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Zərifə Axundovanın icraatındadır. 

Məlumata görə, "Bakı şərab-2” ASC-nin məhkəməyə verilməsi vergi mübahisələri ilə bağlıdır.

"Bakı şərab-2” ASC 22 mart 1999-cu ildə yaradılıb. ASC-nin qanuni təmsilçisi Rabil Hüseynovdur. O, Azərbaycanın keçmiş Baş prokuroru, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinada səfiri olmuş, 2020-ci ilin avqustunda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən Eldar Həsənovun qudasıdır. 

Rabil Hüseynov 2012-ci ildə oğlu Şahin Hüseynliyə görə gündəmə gəlmişdi. Həmin vaxt ASC sədrinin oğlu "Neolit” restoranında silahlı insident törətməkdə ittiham olunurdu. Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun birgə məlumatında deyilirdi ki, Hüseynli Şahin Rabil oğlu sərxoş vəziyyətdə əylənmək üçün "Neolit” restoranına gəlib. Lakin o,"Yaguar” markalı avtomobilini restoranın qarşısında düzgün saxlamayıb.

Nəticədə restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Bu zaman o, avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb.

Bu zaman "Neolit”də istirahət edən çoxsaylı insanlar vahiməyə düşərək restoranı tərk edib, foyedə olan Nağıyev Fəxrəddin Firdovsi oğlu isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Dərhal hadisə yerinə gələn Nizami Rayon Polis İdarəsinin əməkdaşları Şahin Hüseynlini zərərsizləşdirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib və Şahin Hüseynli saxlanılıb.

Rabil Hüseynovun oğlu qısa müddətdən sonra azadlığa buraxılmışdı.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84