. .

Eldar Əzizov yarım milyona zibil maşını alır - Sabiq nazirin şirkətindən!

13:15 - 15 Mart
    6370 oxunma

Martın 13-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Kommunal Xidmətlər Müəssisəsi” MMC nəqliyyat və xüsusi texnikaların satınalınması müsabiqəsinə yekun vurub.

Valyuta.Az xəbər verir ki, məbləği 914 min 302 manat 70 qəpik olan tenderi "Improtex Trucks and Buses” MMC udub. Tenderin şərtlərinə görə, MMC üçün 2 ədəd bərk məişət tullantılarının daşınması üçün nəqliyyat vasitəsi alınacaq. 

Antiinhisar Xidməti nəticəni ləğv etmişdi, amma yenə qalib eyni şirkət oldu.

Bu satınalma müsabiqəsi “Kommunal Xidmətlər Müəssisəsi”nin fevralın 9-da ləğv olunmuş tenderin yerinə keçirilib. Ləğv olunmuş tenderdə də “Improtex Trucks & Buses” MMC qalib gəlmişdi. Amma MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən gələn məktub əsasında tenderin nəticələrini ləğv etmişdi. 

Məktubda xüsusi kommunal avadanlıqların alınması üçün bütün iddiaçıların təkliflərinin “tenderin əsas şərtlər toplusunun formal tələblərinə cavab vermədiyi” qeyd edilmişdi. 

2020-ci ildə “Improtex Trucks & Buses” Bakı şəhəri MKTD Mənzil-Kommunal Xidmətlər Birlikləri ilə ümumi dəyəri 10.4 mln. manat olan kommunal nəqliyyat vasitələrinin təchizatı üçün iki müqavilə imzalayıb. "Improtex Trucks and Buse” MMC sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olan "İmproteks Şirkətlər Qrupu"na aid şirkətlərdəndir. 

"İmproteks Şirkətlər Qrupu"na minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir. MAN Truck and Bus AG-nin Azərbaycanda rəsmi idxalçısısı olan "Improtex Trucks and Buses" MMC-nin əsas fəaliyyət sahəsini inşaat avtomobillərinin və texnikasının satışı və satış sonrası xidmətinin göstərilməsi təşkil edir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84