Elçin Şıxlı Mətbuat Şurası haqqında: Özü özünü buraxsın

14:07 - 15 Yanvar
    6840 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq KİVDF-nin bazasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldıqdan sonra sosial şəbəkələrdə Mətbuat Şurasının ləğv edilməsi ilə bağlı fikirlər səslənməkdədir. İddia edilir ki, Şuranın öhdəliyində olan işlər də MEDİA-ya həvalə olunacaq.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, Mətbuat Şurasının ləğv olunması üçün qurultay çağrılmalıdır:

“Mətbuat Şurası ilə Medianın İnkişafı Agentliyi fərqli qurumlardır. Bu fərmanla Mətbuat Şurasının taleyi həll olunmur, axı dövlət strukturu deyil. Onun ləğv olunub-olunması jurnalistlərdən-Şuranın üzvlərindən asılıdır. Bəyənmirlərsə, qurultayı çağırıb ləğv olunmasını istəyirlər, bununla da məsələ öz həllini tapır.

Çünki əgər onlar yaradıbsa, onlar ləğv edə bilər, başqa cür mümkün deyil. O, özü özünü buraxsın. Amma bundan sonra Mətbuat Şurasına ehtiyacın olub-olmayacağı başqa məsələdir. Əgər onun funksiyalarını Agentliyin yerinə yetirəcəyi təsdiq olunacaqsa, bu barədə düşünmək olar. Hələ “Media haqqında” Qanun çıxmalıdır”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84