Elçibəy yad edilib - Ayasofyada Mövlud-i Şərif oxudulub
09:40 - 22 Avqust
-
3715 oxunma

İstanbulda Ayasofya məbədində Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhuna xatir Mövlud-i Şərif oxudulub. Bizimxeber.az APA-ya istinadən xəbər verir ki, ölümünün 20-ci ildönümündə anılan Ə.Elçibəyin ruhuna dualar edilib, ilahilər səsləndirilib.
Mərasim Elçibəy Vəqfi tərəfindən təşkil olunub. Qeyd edək ki, Əbülfəz Elçibəyin vəfatından 20 il keçir. O, 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Ə.Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84