“Əlcəzirə" kanalı Qarabağ müharibəsi və dronların əhəmiyyətini araşdırdı

17:04 - 20 Fevral
    9680 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

"Əlcəzirə" kanalı müharibələrdə əsas istifadə silahı sayılan pilotsuz uçuş aparatları barədə verliş hazırlayıb. 

Bizimxeber.az bildirir ki, verlişdə Azərbaycanın Ermənistan üzərindəki qələbəsi və pilotsuz uçuş aparatlarının rolu barədə qeyd olunub. Kanala danışan ekspertlər  qeyd edib ki, pilotsuz uçuş aparatları (İHA) son illərdə beynəlxalq qarşıdurmaların ayrılmaz hissəsinə çevrilib. Həmçinin istifadənin artması və əlçatanlığın əlaqələndirilmiş şəkildə həyata keçirilməsi müasir müharibələrə yeni bir dinamika, dəyişkənlik gətirib.

Ekspertlərə görə, məhv etmə məqsədli hərbi pilotsuz təyyarələr artıq 20 ildir istifadə olunur. Bununla yanaşı Türkiyə istehsalı olan İHA-ların Dağlıq Qarabağ müharibəsinin nəticələrinə necə təsir göstərdiyini, təlimdə deyil, döyüşdə pilotsuz təyyarələrin rolunun effektivliyinibir daha  ortaya qoymuş oldu. 

Dünya ölkələrində pilotsuz uçan aparatlar artıq kəşfiyyat və öldürmə maşınları hesab olunmur və onlardan topçu, tank və piyadaların koordinasiyası üçün istifadə edilir. Yəni dron texnologiyasına güvənirlər. Dron spektri indi adi döyüş dronlarından kamikaze modellərinə qədər dəyişir. Bəzi pilotsuz təyyarələr hətta düşmənin hava müdafiəsini və rabitə sistemlərini pozmaq qabiliyyətinə malikdir. 

Yüksək effektivlik, nisbətən əlverişli qiymətə satışı, yüksək səviyyəli qabiliyyətə malik olması bu aparatların əvəzolunmazlığa yüksəlməsi sürpriz deyil.  ABŞ ilk dəfə keçmiş prezident Corc Buşun dövründə Əl-Qaidə üzvlərinə və digər şübhəli terrorçulara qarşı geniş miqyasda pilotsuz təyyarələrdən istifadə edib və  bu o qədər uğurlu alınmışdı ki, növbəti Amerika rəhbərləri bundan istifadəni genişləndirdi. 

Dünyanın bir sıra böyük və iddialı dövlətləri - Çin, İsrail və Türkiyə pilotsuz təyyarələrə sahibdirlər və istehsalçılarıdırlar. Dron bazarı hər gün böyüyür. 2019-cu ildə 10,53 milyard dollar dəyərində olan bazarın, 2027-ci ilə qədər 23,78 milyard dollara çatacağı proqnozlaşdırılır. Bu, təxminən 30.000 hərbi pilotsuz təyyarənin istifadəyə veriləcəyi deməkdir. 

Bütün bunlarla yanaşı pilotsuz uçuş aparatlarının gələcəkdə istifadə faizi və etibarının artması da suallar doğurur. Bu aparatlara inam, sahiblənmə ordunun ənənəvi tərəflərinə laqeyd yanaşma sərgiləyə bilər. Pilotsuz təyyarələri "gümüş güllə" kimi düşünmək hərbi gücün digər vacib elementlərini unutmaq riskini otaya qoya bilər.  Bu risk NATO ölkələri üçün keçərli olmasa da, digər kiçik dövlətlər üçün təhlükəlidir.

Kanala danışan ekspertlər hesab edir ki, dronlara qarşı sistemlər çoxaldıqca, daha az qabiliyyətli ölkələr tərəfindən yaranan təhlükə, ən azından tələb olunan texnologiyanı inkişaf etdirmə qabiliyyətinə sahib dövlətlər üçün əhəmiyyətli dərəcədə azalacaq.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84