. .

"Əlbətdə bunun arxasında ABŞ durur" -  Zaxarova

14:56 - 19 Aprel
    12471 oxunma

"Rusiya diplomatlarının Praqadan göndərilməsinin arxasında ABŞ durur, Çexiya və digər Avropa ölkələri isə öz daxili problemlərini ört-basdır etməyə çalışırlar". Bizimxeber.az bildirir ki, belə bir bəyanatla , Rusiya XİN-in rəsmisi Mariya Zaxarova "Rusiya 1" telekanalının efirində bildirib.

"Çexiyaya gəlincə, yaxşı başa düşmək lazımdır ki, Aİ ölkələrində və ümumiyyətlə, hazırda Qərbdə yığılıb qalmış problemlərin sayı kifayət qədərdirvə bu problemləri ört-basdır etmək üçün informasiya, siyasi xarakterli hansısa tədbirlər görülməlidir. Rusiya bu cür hallarda dövriyyəyə buraxdıqları tezisi ələ keçirən həmin alətdir", - deyə o bildirib.

Zaxarova bütün bu hərəkətlərin arxasında, şübhəsiz, ABŞ-ın dayandığını vurğulayıb. "ABŞ, NATO-ya, hər kəsə rəhbərlik edən, bu Qərb meynstriminə əsas verən, şübhəsiz və təəssüf ki, ilk növbədə, Aİ ölkələrinin və bütünlükdə İttifaqın özüdür", - deyə Rusiya XİN-in rəsmisi qeyd edib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84