Əhmədzadədən daha bir şübhəli tender: 10 manatlıq şirkətə 300 min manat…

16:56 - 18 Fevral
    8920 oxunma

"Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Mollakənd Mexaniki Suvarma İdarəsi 291 min 766 min manatlıq satınalma müsabiqəsinə yekun vurub. 

Maşın-mexanizmlərinin və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələrinin satın alınması müsabiqəsinin qalibi "MM - Parts” MMC olub. Ötən ilin fevralın 7-də yaradılan şirkətin nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayət şəhəri, 9 mkr, ev 56, m.35-dir. Qanuni təmsilçisi isə Mahir Maarif oğlu Mustafayevdir. 

Şirkətin indiyə kimi dövlət satınalmalarında iştirak etməsi, habelə fəaliyyəti ilə bağlı internet resurslarında məlumat yoxdur. Bu baxımdan 1 il əvvəl yaradılan şirkətin az qala 300 min manatlıq tenderi udması və satınalmalar haqqında qanunvericiliyin tələblərinə nə dərəcədə uyğun olması şübhələrə əsas verir. 

Qeyd edək ki, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçirdiyi tenderlərin əksəriyyətində şəffaflıq gözlənilmir və mövcud qanunvericiliyin tələblərinin pozulmasıyla bağlı mediada kifayət qədər təkzibolunmaz faktlar açıqlanıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84