.
.

Əhmədzadə necə və niyə müşavir oldu? 

17:23 - 06 Aprel
    9600 oxunma

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin keçmiş sədri Əhməd Əhmədzadə vəzifəsindən azad edildikdən dərhal sonra jurnalistlərə müsahibəsində 1967-ci ildən etibarən daim qorxu hissi ilə yaşadığını səmimiyyətlə etiraf etmişdi. 

Təcrübəli partiya işçisini, su təsərrüfatımızın dəyişməz rəhbərini kabinetindən evə nə üçün qorxu içərisində qayıtdığını demək çətindir. Vəzifəni itirməkdənmi qorxmurmuş? Yaxud bəlkə başqa səbəb varmış?

İstənilən halda, bu gün məlum olub ki, 28 il ərzində "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri vəzifəsini tutan 76 yaşlı Ə.Əhmədzadə yeni təyinat alıb. Onu Azərbaycan Baş nazirinin müşaviri təyin ediblər. Görünür, Ə.Əhmədzadəyə qorxunu aradan qaldırmağa kömək ediblər. O, yenidən postdadır…

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84