Əhmədi Necatdan Ruhaniyə regionda yeni müharibə xəbərdarlığı

00:37 - 09 Yanvar
    1320 oxunma

İranın sabiq prezidenti Mahmud Əhmədi Necat Həsən Ruhaniyə Yaxın Şərq və Fars körfəzində “yeni dağıdıcı müharibə” barədə xəbərdarlıq edib.

Bizimxeber.az bildirir ki, o, bununla bağlı hökuməti ciddi tədbirlər görməyə çağırıb. “Baş verən bütün hadisələr, dünya mətbuatında dərc olunan xəbər və siyasi şərhlər Yaxın Şərq və Fars körfəzində yeni dağıdıcı müharibənin planladığını deyir. Bütün rəsmi şəxslər vacib və təxirəsalınmaz tədbirlər görərək, bu müharibənin qarşısını almalıdırlar.

Gözləyirəm ki, siz İslam Respublikasının prezidenti kimi müharibənin başlamasının qarşısını almaq üçün bu istiqamətdə bütün səyləri görəcəksiniz” - Əhmədi Necatın Ruhaniyə məktubunda deyilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84