Əhməd Əhmədzadə sevimli “Sevinc-96”sına bu dəfə 30 milyon manat ayırdı

18:45 - 29 Yanvar
    11360 oxunma


"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə məxsus Füzuli Suvarma Sistemləri İdarəsi 2021-ci il üçün nəzərdə tutulmuş Sair torpaq, tikili və avadanlıqların cari təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Qiyməti 29 milyon 933,995 min manat olan tenderin qalibi "Sevinc-96" MMC olub. 

Qeyd edək ki, "Sevinc-96" MMC təkcə bu ilin yanvar ayında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin qurumları tərəfindən keçirilən 10 tenderin qalibi olub.

Şirkətin qanuni təmsilçisi Yusuf Camal oğlu Haxiyev olsa da, MMC-nin əslində Salyanda Hacı Qurban kimi tanınan Qurban Abbasov adlı iş adamına məxsus olduğu deyilir. Qurban Abbasovun şirkətləri davamlı olaraq "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tenderlərini qazanırlar

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84