Əhəd Abıyevdən sensasion açıqlama - “Azyaşlı qızı zorladığına görə həbsdə olub”

15:55 - 27 İyul
    2870 oxunma

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə rayondakı fermerlər arasında qarşıdurma gərginləşməkdədir. Tərəflər bir-birləri haqda sərt açıqlamalar irəli sürür. Bizimxeber.az bildirir ki, Fermer Rzayev Akif Tağı oğlunun “Yeni Sabah”da iki gün əvvəl dərc olunan açıqlamasına cavab olaraq Daşkəsən rayon İH yeni bəyanatla çıxış edib. Açıqlamada bildirilir:

“Qərb bölgəsində yaylaq torpaqlarının alverçisi kimi tanınan, özünü guya fermer, çoban adlandıran Rzayev Akif Tağı oğlu mətbuata açıqlamasında riyakarcasına heç vaxt həbsdə olmadığını deyir.

Başlıca fakt odur ki, Akif Rzayev özünün həbsdə olmasını gizlədərək müxtəlif vasitələrlə oğlu Şahin Rzayevi Daşkəsən rayon Polis şöbəsində polis serjantı işinə düzəltmişdir. Özündən əlavə onun oğluları Seymur Rzayev 5 il, Ceyhun Rzayev isə 6 il həbsdə olmuşdur. Akif Rzayev yaxşı bilir ki, saxtakarlığının üstü artıq açılmışdır və aidiyyəti üzrə Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun göstərişi əsasında bu ciddi məsələ ilə bağlı araşdırma aparılır.   

Bildiririk ki, Rzayev Akif Tağı oğlu 30.12.1969-cu ildə törətdiyi ağır cinayətə, yaxın qohumu olan azyaşlı qızı zorladığına görə 1970-ci ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 129.1.2., 146.1., 109.1., 109.3. və 38-ci maddələri ilə təqsirli bilinərək keçmiş Qasım İsmayılov rayon məhkəməsinin (indiki Goranboy rayonu) hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş və cəzasını ciddi rejimli həbsxanada çəkmişdir. Fırıldaqçılıq və dələduzluq etdiyinə görə o, sonralar yenidən məhkəmələrin hökmləri ilə 4 il həbs edilmiş və ümumilikdə 16 il həbsxanada yatmışdır. 

Akif Rzayev açıqlamasında guya Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilati məsələlər üzrə köməkçisi - şöbə müdiri hörmətli Zeynal Nağdəliyevin Daşkəsən rayonuna gələrək onunla Əhəd Abıyevi barışdırması ilə bağlı dedikləri özünün uydurmasıdır, tam yalandır, belə bir görüş və danışıq heç vaxt olmamışdır. 

Bir daha da diqqətinizə çatdırırıq ki, Akif Rzayev kənar rayonlardan olan şəxslərin, fermerlərin sürülərini özünün adına çıxıb onlardan pul almaqla Xoşbulaq kəndinin ərazilərinə gətirərək süni sıxlıq, gərginlik yaratdığı və qeyri-qanuni hərəkətlər etdiyi üçün çoxsaylı kənd sakinləri ilə onun arasında dəfələrlə kriminal münaqişələr yaranmışdır və bununla bağlı 100-dən artıq Xoşbulaq kənd sakininin hörmətli cənab Prezidentə, Baş prokurora, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, o cümlədən Daşkəsən rayon İcra hakimiyyətinə şəxsiyyət vəsiqələri və imzaları ilə təsdiq etdikləri müraciətləri vardır. Hazırda bu ciddi məsələ Respublika Baş Prokurorluğunda nəzarətə götürülərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır. 

Birmənalı olaraq bildiririk ki, Akif Rzayevin saytda dərc olunmuş müraciəti ictimai fikri çaşdırmaq üçün yalan və şayiədir. Qərb bölgəsində tanınmış kriminal şəxs olan Akif Rzayevin həmin müraciətində qeyd edilən əsassız fikirləri qərəzli, şər və böhtan xarakterli məlumatdır”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84